Sizin reklam burada
Sizin reklam burada
  • Respublika Psixiatriya Xəstəxanası PHS-də çağırışcıların ədalətli müayinəsi davam edir

    Danılmaz faktdır ki, bu gün dünya düzəninin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycan hərbi-siyasi, diplomatik, eləcə də iqtisadi sahədə qazandığı yüksək uğurlarla dünyanın inkişaf etmiş ölkələri sirasında yetərincə reytinqə sahiblənmiş, söz sahibinə çevrilmişdir. Bunu 44 günluk Vətən Müharibəsində, ardınca 23 saatlıq lokal xarakterli savaşda Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun göstərdiyi hünər, uzun illərdən bəri işğal altında qalan torpaqlarımızın düsməndən təmizlənməsi, eləcə də ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər, konfranslar, forumlar bir daha təsdiqləyir.
    "Biz birlikdə güclüyük" devizi altında ölkəmizin günü-gündən çiçəklənməsində, qüdrətlənməsində, hərtərəfli inkişafında heç şübhəsiz xalqımızın gücü, milli birliyimiz, həmrəyliyimiz müstəsna rola malikdir.
    Bu mənada ölkəmizdə sağlam ruhlu, əqli və fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsində milli birliyimiz ətrafında birləşərək hər birimizin çiyinlərinə məsuliyyət yükü düşür. Xüsusən, ayrı-ayrı tibb müəlssisələri, səhiyyə-sağlamlıq ocaqları bu baxımdan əzmkarlıqlarını artırmalı, sağlam gəncliyin inkişafına öz töhfələrini verməlidirlər.
    Onu da etiraf etməliyik ki, bu gün qüdrətli Ordumuzun dayaqları fiziki və taktiki cəhətdən tam hazırlıqlı gənclərin, sağlam nəslin çiyinləri üzərindədir. Onların həqiqi hərbi xidmətə yola düslşməzdən öncə təcrübəli, ixtisaslı, vətənpərvər həkim müayinələrindən keçirilməsi isə zəruri haldır. Son vaxtlar məhz bu istiqamətdə səffaflıgın qorunmasına yönələn diqqət, nəzarət bir qədər də gücləndirilmiş, hərbi komissarlıqlarda baş verə biləcək neqativ hallar demək olar ki, aradan qaldırılmışdır.
    Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsdə bu baxımdan həqiqi hərbi xidmətə çağırılan gənclərin pxisoloji, psixatrik durumu ilə bağlı narahtlıq doğuran hallar yüksək ixtisaslı psixiatr həkimlər tərəfindən nəzarətə götürülür, doğru-düzgün müayinə olunur, zərurət yarandığı halda çağırışçılar stasionar qaydada müalicəyə cəlb olunur, sağlıq durumu qaydasında olanlar, psixoloji problemi olmayanlar həqiqi hərbi xidmətə yararlı hesab edilir.
    Bütün bunların əyani şahidi olmaq istəyənlər çağırışçılarla bağlı keçirilən həkim komissiyasını müsahidə edə bilər və komissiyanın sədri peşəkar psixiatr həkim Elxan Əsədovun fəaliyyətini ilə yaxından tanış ola bilər. Elxan Əsədovla yanaşı, komissiya üzvləri Musa Musayevin, Cəmilə Həsənovanın və Aydan Quliyevanın da fəaliyyəti son dərəcə ədalətli, vicdanlı, doğru-düzgün, vətənpərvərlik prinsiplərinə söykənir. Onlar çağırışçılarla olduqca səmimi, qaygıkeş, nəzakətli davranır, narahatlıq doğuran ruhi-əsəb problemləri ilə bağlı sorğu-sual aparır, səbəb və nəticəni araşdırır, əsas mahiyyətin nədən ibarət olduğunu müəyyənləşdirdikdən sonra ədalətli qərar çıxarırlar. Xəstəlik həqiqətən aşkar olunarsa yararsız yazılır, sağlıq durumu yerində olarsa, əqli pozuntu, ruhi-əsəb problemi olmadığı halda çağırışcıya sağlam diaqnozu qoyulur.
    Ötən gün sözu gedən xəstəxanaya yolum düşmüşkən, bu istiqamətdə bir araşdırma yazı hazırlamaq qərarına gəldim və öncə komissiyaya cəlb olunan xəstələrlə ayrı-ayrılıqda söhbətlər apardım. Hər biri bir ağızdan təşkil olunan komissiyanın işindan, həkimlərin fəaliyyətindən öz razılıqlarını bildirdilər. Qeyd etdilər ki, burada çağırışçılara heç bir ayrı-seçkilik qoyulmadan qayda-qanuna uyğun doğru-düzgün, eyni zamanda operativ qaydada yanaşılır, problemli xəstələr həqiqi hərbi xidmətə yararsız, sağlamlar isə yararlı hesab olunur.
    Belə olan halda komissiya üzvlərinə üzumü tutub demək istəyirəm: Hippokrat andına sadiq ağxalatlılar, Vətənin çörəyi sizə halal olsun!
    P.S. Mövzudan kənar olsa da, bir az öncə aldığım ürəkbulandıran məlumata görə adını çəkmək istəmədiyim qadın jurnalist həmkarlarımızdan biri ötən gün komissiya sədri Elxan Əsədovla Əhməd Əhmədovun cinayət əməlləri barədə qeyri-rəsmi danışığını şəxsə xəbərdarlıq etmədən, bir az da şişirdilmiş formada sosial şəbəkədə paylaşım edib. İzləyici reytinqi qazanmaq naminə belə özbaşınalığa yol verməyin, qeyri-rəsmi danışığı yayımlamağın məsuliyyətini adını jurnalist qoyan bu qadın bilirmi görəsən? Əgər bilmirsə, əvvələ gedib mətbuat haqqında yeni qanunu qoyub qabağına yaxşı-yaxşı oxusun, sonra isə dönüb qarşı tərəfə üzrxahlıq etsin. Yoxsa...

    Bəradər Səməndərli
    "Atributinfo az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ