Sizin reklam burada
Sizin reklam burada
  • Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “ƏSRİN ÖNDƏRİ” adlı konsert proqramı keçirilmişdir

    “Məhsəti” ŞM İB-nin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin , Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının birgə təşkilatçılığı ilə 16.noyabr 2023-cü il tarixində Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “ƏSRİN ÖNDƏRİ” adlı konsert proqramı təşkil olunmuşdur.
    “ƏSRİN ÖNDƏRİ” adlı konsert proqramında İlk öncə Azərbaycan Dövlət Himni səsləndi. Tədbiri “Məhsəti” Şairlər Məclisi İB-nin Sədri Cəvahir Qaraqızı və tanınmış ədəbiyyatşünas ,tənqidçi Əsəd Cahangir açdı . Qonaqlara xoşgəldin etdilər . Xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şairə Xalidə Nurayın “Oğul ərmağanı” adlı şeri ilə şəhidlərin ruhu yad edildi. Daha sonra 44 günlük Zəfərdən sonra Türk Dünyasının Lideri Rəcəb Təyyub Ərdoğanın Azərbaycana gəlişi münasibətilə ədəbiyyatşünas ,tənqidçi Əsəd Cahangir yazdığı “Xoş gəldin” şeirini çox böyük coşqu ilə söylədi. Ədəbiyyatşünas ,tənqidçi Əsəd Cahangir Azər.KİVİHİ-in Cəvahir Qaraqızını Ulu Öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə “Ümummilli Lider HEYDƏR ƏLİYEV-100” medalı, və “HEYDƏR ƏLİYEV”Ali media mükafatı laureatı Diplomunu təqdim etdi. Daha sonra Respublikanın Əməkdar artisti Rəhilə Bəndəliyeva “Azərbaycan qızıyam”, Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva “Qarabağ Azərbaycandır” , Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova “Yurdumun ər igidləri” adlıgözəl ,məlahətli səsləri ilə mahnılar ifa etdilər və alqışlarla qarşılandılar .Hər üç əməkdar artist “Məhsəti” ŞM İB-nin “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundular . Məhsəti ŞM-nin üzvləri şairlər Xalidə İlyasqızı , Sədaqət Şıxlı, Mehri Səfərli .Həqiqət Qaraliyeva , Səadət Novruzqızı , Bənövşə Daşdılı , Şərqiyyə Süleymanlı, Bayram Aşıxlı, pedaqoq Tərxanım xanım , qiraət ustası İlahə xanım,söylədikləri şeirlər alqışlarla qarşılandı. Gözəl xanımlara tamaşaçıla gül dəstəsi bağışladıdılar . Daha sonra səhnəyə məlahətli səsi ilə tamaşaçı sevgisi qazanan müğənni Ofelya Şabanova dəvət olundu . Ofelyab Şabanova Umummulli Lider Heydər Əliyevə həsr edilmiş “Dahi “ mahnısını və Cəvahir Qaraqızının “Qaytarma məni “ şeirinə bəstəkar Arif Səlimovun bəstələdiyi mahnını oxudu . Ofelya xanım da “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu , gül dəstələri və hədiyyələrbağışlandı. Sevilən Bəstəkar Arif Səlimov konsertdə sürpriz olaraq Cəvahir Qaraqızının “məndən sor” şerinə bəstələdiyi mahnını oxudu.Mahnı tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılandı. Cəvahir Qaraqızı kövrək anlar yaşadı mahnının təsirindən. Arif Səlimov Azərbaycan incəsənətinə verdiyi töhvələrə görə“Məhsəti” ŞM İB-nin “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu .
    “Məhsəti” ŞM İB-nin Sədri Cəvahir Qaraqızı “Gənclər təşkilatının rəhbəri” təşkilatı məsələlər üzrə Sədr müavin Aygün Hüseyni ad günü münasibətilə ona xanımların abır, isməti və şəffaflıq rəmzi olan baş örtüyü və gül səbəti ilə təbrik etdi . Aygün Hüseyn gözəl şair və publisistdir .O da öz növbəsində Azərbaycan şerini söylədi .Aygün Hüseyin “Məhsəti” ŞM İB-nin “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu .Aygün xanımı həm də diğər QHT rəhbərləri və dostları doğum günü münasibətilə çiçək dəstələri ilə təbrik etdilər. Şəhid anaları adından Mətanət Qaffarova xanım çıxış etdi . Cəvahir Qaraqızı anası Güləbatın xanımın ilk dəfə olaraq onun tədbirində iştirak etdiyinə görə və zaldakı bütn analara ithaf edərək “Ana “ şerini söylədi . Çox saylı müsabiqələr lauriyatı Rəssam Zulya Budaqova tədbirdə çəkdiyi rəsm əsəri ilə alqışlarla qarşılandı .O konsert proqramına surprizlə gələcəyini söyləmişdi . Ona görə də “Məhsəti” Şairlər Məclisinin Sədri Cəvahir Qaraqızının portreti ilə səhnıəyə gələndə hər kəsi heyrətə saldı .Cəvahir Qaraqızına olan sevgimi rəsm üzərinə hopdurdum deyə öz duyğularını izhar etdi . Zulya budaqova Rəssamlıq sahəsində göstərdi xidmətlərə görə, Azərbaycanımızı öz rəsm əsərləri ilə Turan ellərində təmsil eydiyinə görə “Məhsəti” ŞM İB-nin “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu. Xalidə Şərifova Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Heydər Əliyev haqqında şeir söylədi .Sevilən aktrisa Xalidə xanım Azərbaycan incəsənətinə , kinosuna , teatrına qəlbən oynadığı rollara görə , söylədiyi şerlərə görə “Məhsəti” ŞM İB-nin “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu . Cəvahir Qaraqızı onu da vurğuladı ki, 1990-cı ildən Azərbaycan Televiziyasında “Qaynaqlar”, “Şam işığı” “Poeziya gecəsi , lirika dəftəri “ və müxtəlif proqramlarda Xalq artisti Əliabbas Qədirov , Xalq artisti Mikayıl Mirzə , Azərbaycan əməkdar artisti ,Professor Azad Şükürov , Xalidə Şərifova ilə eyni səhnəni bölüşüblər .Müxtəlif ədəbi bədii gecələrdə şeirlər qiraət ediblər .Birlikdə Azərbaycan Dövlət Televiziyasından qonarar almaq üçün proqramın gündəliyinə imza atıblar.
    Hərbi mahnıların mahir ifaçısı ,dövlət tədbirlərinin solisti İslam Ələsgərli öz çıxışı ilə konsertə daha bir rəng qatdı . Opera müğənnisi Türk dünyasının Dərvişi İlham Əsgəroğlu Rəşid Behbudovu xatırladı, və Ulu Öndərin çox sevdiyi “Ala göz “ mahnısını və “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdi . İlham Əsgəroğlu Türk Dünyasında ,Azərbaycanda Dövlət tədbirlərindəki yüksək səviyyəli çıxışlarına görə “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu. Şair-qiraətçi Azər İqrar çox böyük məharətlə “Görmürsənmi şanlı tarix yazanı” şerini söylədi .Azər İqrar ədəbiyyatımıza ,incəsənətimizə göstərdiyi xidmətlərin görə “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu. .
    Ustad Sənətkar qarmon ifaçısı Nizami Əsgərov Cərulla oğlu “Zəfər” rəqsin ifa etdi. Nizami Əsgərov “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu. Nizami bəy ifa etdiyi Zəfər rəqsinə Məhsəti xanımları zövqlə rəqs etdilər. Cəvahir Qaraqızı atası Millət Vəkili Qara Musayevində gözəl qarmon ustası olduğunu vurğuladı və kövrəldi. Nizami bəyə yeni –yeni uğurlar arzuladı.
    Xanəndə Milli Konservatoriyanın məzunu Polad Heydərovun özünəməxsus ifası tamaşaçı sevgisini qazanmışdır. Cəvahir Qaraqızı “Turana doğru” kitabını Polad Heydərova bağışladı. Polad Heydərov Professor , Azərbaycanın xalq artisti Arif Babayevdən dərs alıb. Polad bəy “Məhsəti” Şairlər Məclisinin “Qələbə ruhlu vətənim mənim“ adlı layihəsində apardığı muğam müsabiqəsinin Quba bölməsi üzrə 1-ci yeri tutdu və birincilik kuboku və “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu qazandı. Cəvahir Qaraqızı ona “Turana Doğru “kitabını hədiyyə etdi.
    Tatarıstanda “Birləşmiş Dünya Azərbaycan Təşkilat”-nın rəhbəri Sərraf Kərimov maraqlı çıxış etdi . “Məhsəti” ŞM öz fəxri qonağını “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif etdi. Gənc bəstəkar -müğənni İsa Bəxtiyaroğlu “niyə getdin “ manhısını ifa etdi .Sözləri Cəvahir Qaraqızının olan mahnını yüksək səviyyədə ifasına , bəstəsinə görə “Məhsəti” ŞM-nin “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundu. Şairlər Zöhrə Xəlili və Habil Kəbəcərli vətəpərvər şeirləri ilə alqışlarla qarşılandılar. Xanəndə Maya Cəbrayılova “Yaşa səni belə bağban” muğamı ilə Sara Qədimova repertuarını hər kəsə xatırlatdı . Gənc müğənni Mariya Ajdarova çıxış etdi . Mariya Ajdarova və Maya xanım da Məhsəti ŞM “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif edildi . Şair Loğman Qorqud səhnəyə qalxaraq öz şerini söylədi. Beynəlxalq müsabiqələr lauriyatı Mətləb “Cənab Ali Baş Komandan” mahnısı ilə tamaşaçıların rəğbətini qazandı . Qarabağ döyüşçüsü ,qazi , müğənni Rahib Adışirinli sözləri Aygün Hüseyinin “Şuşalı günlərin mübarək vətən” adlı mahnını ifa etdi .Rahib Adışirin , Mətləb balamız da “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif edildilər.
    Azərbaycan Aşıqlar birliyinin üzvü Aşıq Şəhriyar Mikayıloğlunun , balabanda müşayət etdi Ələkbər Ələkbərovun çıxışları maraqlıoldu . Aşıq Şəhriyar səhnəni coşdurdu . Aşıq Elçin İsmayıllı da çox gözə ifa etdi , balabanda Elbrus Məhərrəmov ,nağarada Nəriman Mehdiyev ,qoşanağarada Amil Talıbov Aşıq Elçini müşayət etdilət, Aşıq Həqiqət Şınıxlı da oz ifası ilə məclisin rəğbətini qazandı.
    Aşıq Şəhriyar Mikayıloğlu , və Aşıq Elçin İsmayıllı ,Aşıq Həqiqət Şınıxlı Məhsəti ŞM “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundular .
    Aşıq Malik Şövqüoğlu , Aşıq Qızqayıt Kəlbəcərli ,və onun tələbələri Musayev Yolçu , Qurbanlı Nəzrin çox gözəl ifaları ilə tamaşaçıların rəğbətini qazandı.
    Ulu Öndər uşaqları ,yeniyetmələri çox sevdiyinə görə proqramda məktəbli şagirdlərə gənclərə yer verildi. Məryəm Əliyeva şeir söylədi və diplomla təltif olundu. Yazıçı Sevgül Səfərlinin nəvəsi Elnur , Dərya Əliyeva , Binəqədi rayon tam orta məktəbin şagirdləri Sabir Məmmədzadə Azərbaycan Xalq şairi Məmməd Arazın “Azərbaycan”şerini, Məmməd Məmmədzadə ,Ramiz Qaraoğlu, Aylin Asifqızı , Rəna Qasımzadə , Əhməd Qasımzadə , İsa Hüseyinoğlu şeirlər söylədilər və “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif olundular. Şair Elmira Mahalqızı, “Məhsəti” ŞM –nin Zaqatala nümayəndə rəhbəri Güldanə Zərif şerlər söylədilər və “HEYDƏR ZİRVƏSİ” Fəxri diplomu ilə təltif edildilər.
    Gənc rəssam- müğənni Təranə xanım. Sevinc Xanəli qızı , Canəli Əkbərovun tələbəsi müğənni Aruz Qarabağlı , şəhid qızı Sunay Ərdəbilli, müğənni Samirə Yusifqızı ifaları ilə alqışlarla qarşılandılar . Tədbirin sonunda “Məhsəti” Şairlər Məclisi İB-nin Sədri Cəvahir Qaraqızı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə , Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbərlinə və konsertdə iştrak edən Millət Vəkili Ceyhun Məmmədova , ədəbiyyatşünas ,tənqidçi Əsəd Cahangir bəyə, şəhidlərə həsr etdi “Oğul ərmağanı” adlı video-klip üçün gözəl şair, gözəl dost , gözəl insa Xalidə Nuray xanıma minnətdarlığını bildirdi.Tədbirdə mənə sürpriz olan o gözəl portretə görə rəssam –şair Zülya Budaqova Tanri səni öz dərgahında ucalanlardan eyləsin inşəALLAH! Azərbaycan KİVİHİ-in Sədri Ç.Qurbanoğluna Ulu Öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətimə görə “Ümummilli Lider HEYDƏR ƏLİYEV-100” medalı, və “HEYDƏR ƏLİYEV”Ali media mükafatı laureatı Diplomuna layiq gördüyünəgörə Azərbaycan KİVİHİ-in Sədri Ç.Qurbanoğluna və təqdimata görə Əsəd Cahangir bəyə ALLAH-ın nəzərində olasız deyirəm . Bütün müğənnilərə, şairlərə, aşıqlara, jurnalistlərə, QHT rəhbərlərinə və onların nümayəndələrinə , şəhid ailələrinə, hərbiçilərə,ilk dəfə mənim tədbirimdə iştirak edən anam Güləbatın xanıma , qardaşım Polkovnik Ramiz Musayevə göndərdiyi o gözəl çiçək dəstələri üçün , onun xanımı Gülbəyəz xanıma və ailəsinə, Rəna xanıma , gözəl gül səbətlərinə görə Sevgi xanıma , Binyamin Məmməzadəyə və başqa hədiyyə, gül dəstələrinə görə hər biriniz hidayətə qovuşanlardan olasız inşəALLAH. Allah dostu Yunus Əmrə,Akşəmsəddin , Mövlanə Cəlaləddin Rumi davamçısı Tərifə bacı, Atlas bacı, Humay bacı, Abutel bacı və digər bacılar Allanın sevdiklərindən olasız .Əzizim Tərifə bacı ,Atlas bacı ,Abutel bacı,Humay bacı , Gülşən bacı o gözəl çiçək dəstələrinizə gözə çiçək qoxulu qəlbiniz daim xeyirli müjdələr alsın. Tədbirimizdə iştirak edəm Müdafiə Nazirliyinin nümayəndələrinə, Daxili işlər Nazirliyinin nümayəndələrinə və digər dövlət məmurlarına dərin təşəkkürlərimi bildirirəm. Sizlərin gəlişi mənim üçün ən böyük mükafat idi .Tədbirdə iştirak edən fəxri qonağımız Tatarıstandan gələn “Birləşmiş Dünya Azərbaycanlılarının təşkilat” rəhbəri Sərraf Kərimova,Borçalı elinin sevimli qızı Pərixanıma , Aida xanıma Xalidə xanıma və bütün iştirakçılara dərin təşəkkürlərimi bildirirəm. Mənim təşkilatı məsələlər üzrə müavinim Aygün xanımı ad günü münasibəti ilə gül dəstələri, hədiyyələr bağışlayan hər kəsə var olun deyirəm . Bütün media üzvlərinə , qəzet redaktorlarına ,sayt rəhbərlərinə dərin təşəkkürkərimi bildirirəm.Zalda yer olmadığına görə ayaqda bizi dinləyən çox hörmətli tamaşaçılara dərin təşəkkürlərimi bildirirəm . Ayaqda qadığınıza görə hər birinizdən halallıq istəyirəm . ALLAH hər birinizdən razı olsun dəyərli tamaşaçılar.
    OLSUN XATİRƏNƏ BÖYÜK EHTİRAM...

    Məşəl tək Vətənçin,Xalq üçün yanan,
    Qürur mənbəyimiz,ey dahi İnsan,
    Əbədi olaraq millətimləsən-
    Xalqın xilaskarı “Əsrin Öndəri”
    Olsun xatirənə böyük ehtiram!

    Sən ey Vətəninin aşiqi rəhbər,
    Varmıdır dünyada sənə bərabər?
    Ardınca yürüyür obalar, ellər-
    Xalqın xilaskarı “Əsrin Öndəri”
    Olsun xatirənə böyük ehtiram!

    Köksünü düşmənə sən sipər etdin,
    Dağılan bir yurdu bərqərar etdin,
    Övladın İlhamla səfərbər etdin-
    Xalqın xilaskarı “Əsrin Öndəri”
    Olsun xatirənə böyük ehtiram!

    Hər an dilimizdə, sözümüzdəsən,
    Döyünən qəlblərdə, gözümüzdəsən,
    Xalqımın adında, özümüzdəsən-
    Xalqın xilaskarı “Əsrin Öndəri”
    Olsun xatirənə böyük ehtiram!

    Cəvahir Qaraqızı
    “Məhsəti” Şairlər Məclisi İB-nin Sədri Cəvahir Qaraqızı
    “Məhsəti” ŞM İB-nin Mətbuat Şurasının Sədri : Elvina Məmmədzadə


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ