Sizin reklam burada
Sizin reklam burada
  • Zəfər tədbiri şagirdlərərə əsl bayram ovqatı yaşadıb

    Bu günlər xaqımız tariximizin şanlı qələbə səhifəsini yaşamaqdadır. 44 gunlük Vətən müharibəsinin 2020-ci il noyabrın 8-də düsmən üzərində tarixi qələbənin çalınması ilə nəticələnməsi, Vətən torpaqlarınin işgaldan azad olunması, 30 illik həsrətə son qoyulması sözün əsl mənasında tariximizin sanlı səhifəsi deməkdir. Odur ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər bu təqvimin Zəfər bayramı kimi qeyd olunması hər birimizdə qürur hissi oyadır. Bu il Zəfər Paradının, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ailəsi ilə birlikdə iştiraki ilə Xankəndində keçirilməsi sözlə ifadə oluna bilməyəcək qədər sevincinizə sevinc qatdı.
    Qələbə ovqatı, eyni zamanda Azərbaycanın hər bir bölgəsində, eləcə də hər bir kollektivdə yaşandı, qeyd olundu.
    Bu mənada ötən gün Bakı şəhər 153 saylı orta məktəbdə zəfər bayramı keçirilib. Hər bir sinif bu bayrama xüsusi hazırlaşmış, tədbirdə çıxış etmiş, ayrı-ayrı siniflərdə istedadlı şagirlər öz rəsm əsərlərini də təqdim etmişlər. Onların əsərlərinə baxmaq ücün tədbirə Yunesko Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan mədəni xadimləri Assosiasiyanın sədri, Beynəlxalq Sülh səfiri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Dünya Xalqları İncəsənəti Azərbaycan Xalq rəssamı Əşrəf Heybətov şəxsən gəlib. Uşaqların və məktəbin vətənpərvər ruhda olduğunu alqışıayıb və onların rəsmlərini yüksək qiymətləndirib O, həm də bu məktəbdə çalışan Zinyət müəllimənin kitabının baş qəhrəmanı olduğundan 5 "E" sinfi ilə görüş keçirib, onlarla yaxindan tanış olub və suallarına cavab verib. Uşaqların sevimli qəhrəmanı ilə görüş bayrama bayram qatıb.

    Dilarə Zeynalova
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ