Sizin reklam burada
Sizin reklam burada
  • Avqustun 28-dən “Məktəb liderliyi” proqramının müsahibə mərhələsinə start veriləcək

    Atributinfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi ilə birgə həyata keçirdiyi “Məktəb liderliyi” proqramının (#MLP) 2-ci çağırış üzrə test imtahanı mərhələsində uğur qazanmış namizədlər müsahibə mərhələsində iştirak edə bilərlər.
    Nazirlikdən bildirilib ki, avqustun 28-dən “Məktəb liderliyi” proqramının 2-ci çağırış üzrə müsahibə mərhələsinə start veriləcək. Müsahibənin vaxtı və yeri barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndəriləcək. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsahibələr əyani, digər şəhər və rayonlar üzrə isə onlayn şəkildə təşkil ediləcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ