Sizin reklam burada
Sizin reklam burada
  • Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin xatirəsini yad edib

    Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
    Atributinfo.az-a Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən verilən məlumata görə, İdarə Heyətinin sədri Kamran İmanov Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirib.
    Eyni zamanda, Agentliyin və tabeliyində olan qurumların əməkdaşları da Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ