"Atributinfo.az"
Xocavənd rayonu
Bir dostum demişdi ki, bəzi insanlar üçün dünyada baş verən proseslərin onlar üçün əhəmiyyəti yoxdur. Onlar üçün hal-hazırda yaşadıqları bölgənin stabil olmağı kifayət edir.
Həqiqətən də elədir. Bu kimi insanların cəmiyyətdə hələdə çoxluq təşkil etməsi gələcək nəsillərin, yəni onların övladlarınında həmin düşüncədə böyüməsinə, nə ailəsinə, nə ətrafına, nə də ölkəsinə xeyir verməməsilə nəticələnir. (təbii ki, istisnalar var)
Brejinski 1997-ci ildə “Böyük Şahmat taxtası” kitabını kefindən yazmamışdı. Bu kitabı yuxarıda qeyd etdiyim, həyatdakı tək uğuru doğulduğu ölkənin əlifbasını öyrənmiş şəxslərin dünyada baş verən proseslərin, EYNİ ZAMANDA GƏLƏCƏK 100 İL ƏRZİNDƏ BAŞ VERƏ BİLƏCƏK HADİSƏLƏR HAQQINDA MƏLUMAT VERMİŞDİR.
Mən bu kitabı 17 yaşımda oxuyanda və ətrafımdakı insanlara danışanda, bir çoxları məni gülümsəyərək dinləyir, ciddiyə almırdılar. İndi 12 il keçib, artıq 26 yaşım var. Açığı elə indi də, dünyada baş verən siyasi proseslərdən danışanda heç kim maraqlanmır.
Bu statusda kitab və onun içindəkilər barədə danışmayacam. Çünki, nə mənim yazmağa vaxtım, nə də sizin oxumağa vaxtınız qalmayacaq.
Afrikanı, İngiltərəni viran qoyaraq Demokratiya və İnsanlıq abidəsinə çevrilmiş ingilislər demişkən: To Be Continued...
