Sizin reklam burada
Sizin reklam burada
  • 75 illik ömrün ədəbi hesabatı – “Yurd həsrəti” təqdim olundu

    Dünən Azərbaycan Yazıçılar Birliyində yazıçı Vaqif Misir oğlu Rüstəmovun “Yurd həsrəti” kitabının təqdimatı və müəllifin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə ədəbiyyat və mədəniyyət xadimləri, yazıçılar, şairlər, eləcə də oxucular iştirak ediblər. Çıxış edənlər Vaqif Misir oğlu Rüstəmovun yaradıcılığından bəhs edərək onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələri xüsusi vurğulayıblar. Qeyd olunub ki, müəllifin “Yurd həsrəti” əsəri vətənə bağlılıq, doğma torpağa sevgi və həsrət motivləri ilə seçilir.
    Tədbir çərçivəsində kitab haqqında fikirlər səsləndirilib, müəllifin həyat və yaradıcılığına dair xatirələr bölüşülüb. Bildirilib ki, Vaqif Misir oğlu Rüstəmovun əsərləri oxucular tərəfindən maraqla qarşılanır və onun ədəbi irsi xüsusi əhəmiyyət daşıyır.
    Sonda müəllifə xoş arzular çatdırılıb, yeni yaradıcılıq uğurları dilənib və xatirə şəkilləri çəkdirilib.



    Aybəniz Abdulova,
    AJB-nin üzvü, yazıçı, araşdırmaçı jurnalist

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ