Sizin reklam burada
Sizin reklam burada
  • Davit Volkov Premyer Liqada 60-cı qolunu vurub

    Azərbaycan Premyer Liqasının XXIX turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

    Gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

    O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub.

    Azərbaycan çempionatında 2018/2019-cu illər mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

    Qeyd edək ki, Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ