Bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müqavilə Kiyevdə Norveçin Ukraynadakı səfiri Lars Raqnar Hansen və Ukrayna müdafiə nazirinin müavini Sergey Boev tərəfindən imzalanıb.
Kiyev Norveçdə istehsal olunan ilk dronları yayadək ölkəyə tədarük etməyi planlaşdırır.
Norveç müdafiə naziri Tore Sandvikin sözlərinə görə, bu müqavilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində vacib və konkret addımdır.
