Sizin reklam burada
Sizin reklam burada
  • Almaniya Bundestaqının nümayəndə heyəti Xankəndi və Şuşa şəhərlərində olub

    Ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Edis Mirzenin başçılıq etdiyi nümayəndə heyəti aprelin 27-də Xankəndi və Şuşa şəhərlərində olub.
    Əvvəlcə Xankəndi şəhərinə gələn qonaqlar burada Zəfər meydanı, Qarabağ Universiteti və Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar.
    Sonra Şuşaya gələn Almaniya parlament nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovla görüşüblər, Şuşanın Qala divarlarını seyr ediblər, Aşağı Gövhərağa məscidi, Birinci yaşayış məhəlləsi, Bülbülün ev muzeyi və Cıdır düzü ilə tanış olublar.
    Səfər zamanı qonaqları Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann və digər rəsmi şəxslər müşayiət ediblər.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ