Sizin reklam burada
Sizin reklam burada
  • Bürünc medal qazanan güləşçi: Ümid edirəm ki, bu, son deyil

    Şükürlər olsun ki, medalsız qalmadım. Bura qızıl medal üçün gəlmişdim, amma alınmadı. Bütün məşqçilərimə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu, son deyil.

    Bu sözləri Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov (60 kiloqram) jurnalistlərə açıqlamasında deyib.

    Milli komandanın çıxışını və turnirin nəticələrini dəyərləndirən idmançı hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini vurğulayıb: "Sevindiricidir ki, fiziki və taktiki hazırlığımız yerində idi. Sadəcə qismət belə imiş. Ümid edirəm ki, gələcəkdə daha böyük uğurlar və qızıl medallar qazanacağam".

    Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-dək yeniyetmə güləşçi mübarizə aparır. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ