Sizin reklam burada
Sizin reklam burada
  • Futbol üzrə Azərbaycan millisi bu gün Tacikistanla qarşılaşacaq


    Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

     Ayxan Abbasovun başçılıq etdiyi kollektiv Bakıda Tacikistan yığması ilə qarşılaşacaq.

    "Palms Sports Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi Moldovanı təmsil edən Roman Jitari olacaq.

    Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra UEFA Millətlər Liqasında Litva ilə evdə və səfərdə (27 sentyabr, 4 oktyabr), eləcə də Lixtenşteynlə Bakıda (1 oktyabr) üz-üzə gələcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ