![]()
Bərdədə qanunsuz olaraq odlu silah və sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən rayon sakini Y. Fətullazadə saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı onun qanunsuz yolla əldə etdiyi silah və sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Həmin şəxsdən bir ədəd “Kalaşnikov” avtomatı, patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
