Şəhid Nəsibov Zamin Əziz oğlu
Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Cəmbərək (Krasnoselsk) rayonun Gölkənd kəndində 7 aprel 1975 ci ildə anadan olub.1982- ci ildə birinci sinfi bitirib.
1988 - ci ildə ermənilər azərbaycanlıları deportasiya edərək dogma yurdlarından didərgin saldılar. Ermənistandan məcburi köç edərəkən əvvəlcə kiçik yaşlı uşaqların təhlükəsizliyi üçün Zamini və başqa uşaqları Qazax rayonundakı pansionatda yerləşdirlir.
Əziz əmi ailəsini Agsu rayonunda yerləşdirsə də,aran zonasının isti havasına dözə bilmir.Qərbi Azərbaycanın səfalı daglarl,təmiz havasında böyümüş insanlar üçün cox böyük problem yaranır.Məcbur olub Şəmkir rayonun Cənlibel kəndində (əvvəlki adı Cardaxlı Gölkənd kənd sakinləri burda yerləşdikdən sonra kənd Cənlibel adlandırılıb ) məskunlaşırlar.Həmin kənd sakinlərinin hamısı ermənilər olduğundan,ermənilər öz evlərini azərbaycanlılara sataraq,ya dəyişərək kəndi boşaldırlar .
Gölkənd kənd sakinlərinin Ermənistandan didərgin düşmüş sakinləri isə evlərindən hec bir əşya götürmədən,canlarını qurtararaq Azərbaycana pənah gətirdilər.
Zamin Cənlibel kənd orta məktəbini bitirdikdən sonra ali təhsil almaq istəyib.1992- ci ildə Qarabagda gedən müharibə onun bu arzusunu ürəyində qoydu.1993 cü.ilin yayında hərbi komissarlıgın cagırışı ilə vətəni qorumaq üçün həqiqi hərbi xidmətə cagrıldı.
Ermənilərin məkirli siyasəti nəticəsində torpaqlarımızın müdafiə olunması əsgər və zabitlərin savaşa qatılmasını zəruri etdi.1992-1993 cü illər Şuşa,Lacının işgalından sonra erməni rus silahlı birləşmələri Fizuli,Xocəvənd,Agdam ,Kəlbəcər istiqamətində hücuma başladı.
Əsgər kimi hərbi texnikanın sirrin öyrənən Zamin Şəmkir batalyonunda(bölüyündə)
motoatıcı kimi döyüşə qatılaraq,Füzuli,Xocavənd,Agdam istiqamətində gedən döyüşdə iştirak etmişdir.
1993 cü ilin yayında Agdam rayonun Xıdırlı kəndinin müdafiəsində yaralanır ,o vaxtdan bu günə kimi ondan soraq verən yoxdu.
Yaralandıqdan sonra iki nəfər döyüş yoldaşı Zamingilə gəlir.
Bacısı Gülnarə o günləri belə xatırlayır"
"İki nəfər döyüşçü Zamindən bizə xəbər gətirdi.Cox sevindik.
Elə bildik,Zamin tapılıb.Əfsuslar olsun ki,eşitdiklərimiz bizi məyus etdi.35 40 yaşında olan döyüşçülər Bakılı idi.Onlar dedi ki,bizim Zaminlə birlikdə son döyüşümüz Agdamın Xıdırlı kəndində olub.Həmin vaxt Zamin başından və qolundan agır yaralanmışdı.Qolu qopmuş halda sallanırdı Vəziyyəti cox agır idi.Güllə yagışı altında biz onu Qaradağlı xəstəxanasına həkimlərə təhvil verdik,həkim baxan kimi dedi vəziyyəti cox agirdir.Zaminin hərbi pencəyini bizə verdilər.Pencəyin cibindən sənədləri cixarıb baxdıq ki,ünvanı,adını öyrənək.Cibindən bir vərəq cixdi,Orada adı və ünvanı yazılmışdı.Qaradaglıda olan agır yaralıları vertolyotla Bakıya aparirdılar.Biz yenidən döyüş yerinə qayıtdıq,ermənilər həmin ərazilərə güclü hücum etmişdi,komandir əmr etdi ki ,geri cəkilin.Həmin vaxt yaralandım.(buni deyən oglanin 35 50 yaşı olardı)
Qaradağlı mühasirəyə alınmışdı,mənim huşum özümdə deyildi.
Zamınin taleyi necə oldu,onu Bakıya apardıqlarmı,sagdırmı.Əlimizdəki bu kagızdakı ünvana gəldik ondan soraq alaq.Təəssüf ki,onun itkin düşdüyünü və ya şəhid oldugunu bilmirdik"
Zamin soragıyla Atam və qardaşım Əbülfət bütün bölgələrdəki məzarliqları,hospital və xəstəxanaları gəzsə də hec bir xəbər ala bilmədi.Beyləqan məcidində dəfələrlə naməlum şəhid məzarlıgını açdırıb öglunun şəklinə oxşamadıgını görüb,haray çəkib.
Ogul itkisiylə ürək xəstəsi olan atam bu dərdə dözmədi .2001 ci ildə dünyasını dəyişdi.
6 övladın son beşiyi,iki bacı,3 qardaşın sevimlisi,
Zaminin 33 ildir həsrətini çəkən anam Kazımova Rəfiqə Rza qızı isə ümidini üzmür.Balamın hec olmasa özü gəlməsə də ,nəşi tapılsın,ziyarət etməyə,məzarına üz tutmaga yerimiz olsun
deyə Allaha dualar edir .Qardaşım
məzarsız şəhiddir .
O biri qardaşım Əbülfət də 1993 cü ildə Kəlbəcərdə döyüşüb.Kəlbəcərin işgalı günü gördüyü faciələrdən sonra,həm də qardaş itkisiylə xəstəlik tapdı
Onkoloji xəstəliklə mücadilə etsə də,ölüm onu da aguşuna aldı.
İki qardaş,ata dərdiylə yaşayan bacılarıq.Ümidlə Zaminin tapılacağı günün soragıyla,dogma yurd yerlərimizə qayıdacaqımız günün həsrətiylə yaşayırıq.
Təsəllimiz torpaqlarımızın azad olması ,qardaşımızın nəşinin tapılacağına ümid
İmizdir"
Zaminə Şəhidlik statusu verilsə də,gözü yolda qalan Dilarə ana həsrətlə yollara baxır, 33 ildir ögul yolu gözləyir
Allah bütün məzarsız şəhidlərin tapılmasıyla şəhid ailələrini,millətimizi müjdələsin.
Bütün şəhidlərin məkanı cənnət olsun. Amin!
Nigar Həmidli
Qarabag veteranı, qazi anası
