İranın Hörmüz boğazında yerləşən Qeşm adası yaxınlığında güclü partlayış baş verib.
IRNA-nın məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb.
Partlayışın səbəbləri və digər nəticələri barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Qeşm adası ABŞ-nin İrana qarşı fevral ayında başlatdığı əməliyyatdan sonra bir neçə dəfə hücumlara məruz qalıb.
