![]()
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışından sonra Vaşinqtonu mümkün yeni hücumlarla bağlı xəbərdar edib.
Bu barədə “Press TV” SEPAH-ın sözçüsü Hüseyn Möhebbiyə istinadla məlumat yayıb.
SEPAH nümayəndəsi bildirib ki, ABŞ İrana qarşı hərbi addımlar atacağı təqdirdə, “yalnız uğursuzluqla” üzləşəcək. İran Baş Qərargahı da daha “şiddətli, sarsıdıcı və gözlənilməz” zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə Tehranın ABŞ-nin təzyiqi qarşısında geri çəkilməyəcəyini bildirib.
Qeyd edək ki, Tramp BMT Baş Assambleyasında çıxışı zamanı İranın nüvə silahı əldə etməsinin qarşısını almağın əsas məqsədi olduğunu deyib və Tehranla razılaşma əldə etməyə ümid etdiyini bildirib.
