Sizin reklam burada
Sizin reklam burada
  • Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

    Yaponiyanın mərkəzi Sakit okean sahillərini sentyabrın 20-də vuran “Dujuan” tayfunu nəticəsində 9 nəfər ölüb, 4 nəfər itkin düşüb.

    Bu barədə Kanagava və Çiba prefekturalarının polisi məlumat yayıb.

    Ölənlərin əksəriyyətinin güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində həyatını itirdiyi bildirilir.

    Təbii fəlakət nəticəsində 500-dən çox evə ciddi ziyan dəyib, iki prefekturada 25 min ev elektrik enerjisiz qalıb. Bölgənin yollarında 100-dən çox avtomobil su altında qalıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ