Ehtiyatda olan tibb xidməti mayoru, qazi İlham Şəbiyev Türkiyə Cümhuriyyətində Vətənpərvər tədbirlərdə iştirak etmiş, şəhid ailələri ilə, qazilərlə görüşləri olmuşdur. İ. Şəbiyev bu gorüşlərdən "Atribut" ailəsinə bəhs edərkən həmçinin xüsusi vurğulamışdir ki, Azərbaycanlı fizioterapist Tağıyeva Pərvanə xanım Türkiyədə həkim kimi çalışır qaziləri, imkansız ailələrin xəstə övladları təmənnasız müalicə edir, eləcə də vətənpərvər tədbirlərdə iştirak edir, Vətənimizi təmsil edir. İlham Şəbiyev elə ailələrdən birinin ziyarətində olmuşdur; hansıkı o ailənin qız övladı Mutlu Kayaya Pərvanə xanım təmənnasız kömək edir. Eşq olsun Vətənimizin mərd övladlarına!