Bu günlər Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında geniş təqdimatı keçirilən şair qardaşım Bəradər Səməndərlinin "Qaytar məni gəncliyimə" şeirlər kitabı məni çox duyğulandırdı. Kitabı vərəqlədikcə müəllifin yaradıcılığı boyunca iç dünyasının yaşantılarını, tərənnümünü, ümumilikdə bəşəri hisslərin, duyğuların nəzmlə ifadəsini oxuclarla bölüşdüyünün şahidi oluruq. Şairin yaradıcılığında mübaliğələrdən, metaforalardan son dərəcə ustalıqla istifadə olunaraq oxucu ruhuna poetik cığır açılır. Məhz, bu kimi xüsusiyyətlərilə, sadə, başa düşülən cəhətləri ilə Bəradər Səməndərli şeirləri oxucu ruhunu tam edir. Elə təqdimat zamanı çıxıs edənlər də bu istiqamətə daha çox üstünlük verdilər.
Dəyərli şair qardaşım, bir daha səni təqdim olunan kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları, can sağlığı arzulayıram! Davamı gəlsin!
Xeyransa Əbdül qızı
"Qanun və zəka" qəzetinin redaktoru
