Sizin reklam burada
Sizin reklam burada
  • Hicran Əhmədli - "VƏTƏN"



    VƏTƏN

    Əzizdir Vətənimin hər dağı, daşı mənə,
    Alışar həsrətindən, ürək köz tutub, yanar,
    Qibləmdir, and yerimdir, yoxluğu olar tənə,
    El-obadan uzaqda qəlbim hey Vətən anar.

    Dupduru bulaqların, sakit axan çayların,
    Şırhaşırla axaraq, sənə gözəllik qatar,
    Camalından kim doyar, tamaşadır ayların,
    Vətən, səni görənlər, istər qoynunda yatar.

    Gözəlliklər düzülüb, səndə şəhərbəşəhər,
    Şairlər qələm alar, yazar səndən min əsər,
    Səni görən hüsnündən olar halı bir təhər,
    Sinənə ayaq qoyan, səndən salammı kəsər?

    Zəfərin səsi salıb, dünyanın hər yerinə,
    Tarixdə adın sənin əzəldən də əzəldir,
    İzin versən, bir ömür duraram mən seyrinə,
    Vətən, ta başdan-başa sinən üstü gözəldir.

    ZƏFƏR BAYRAMINIZ MÜBARƏK.

    Hicran Əhmədli

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ