Qeyd olunub ki, 2030-cu ilə qədər ölkəmizdə istehsal edilən enerjinin təxminən 40 faizinin bərpa olunan enerji mənbələrindən əldə olunması nəzərdə tutulur.
Parlamentin spikeri deyib ki, təmiz enerji sahəsinə bu investisiya öhdəliyi, zəngin ənənəvi enerji ehtiyatlarımıza baxmayaraq, ölkəmizin aşağı karbonlu gələcək qurmaq istiqamətində qətiyyətini nümayiş etdirir.
Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan həmçinin təmiz enerjinin inkişafı ərazilərinin təyin olunmasında yeni standartların müəyyənləşdirilməsində də aparıcı rol oynayır. Otuz ilə yaxın işğal altında qalmış və dağıdılmış ərazilərimizdə Yaşıl Enerji Zonası yaradılması dayanıqlı bərpa və regional transformasiya istiqamətində strateji baxışın bariz nümunəsidir.
