Sizin reklam burada
Sizin reklam burada
  • “BAYRAĞIMIZ – QÜRUR MƏNBƏYİMİZ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

    9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Bayrağımız – Qürur Mənbəyimiz” adlı tədbir keçirilib.

    Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbiri institutun direktoru, aqrar elmlər doktoru İbrahim Cəfərov açaraq iştirakçıları Bayraq Günü münasibətilə təbrik edib. O, çıxışında Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə milli rəmzlərimizə, xüsusilə də üçrəngli bayrağımıza verdiyi yüksək dəyərdən bəhs edib. Direktor qeyd edib ki, Azərbaycan bayrağı azadlıq, müstəqillik və milli birliyin simvoludur. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bu dəyərlər xalqımızın yaddaşında əbədi yer almış, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu ideyalar real nailiyyətlərə çevrilmişdir.
    İbrahim Cəfərov vurğulayıb ki, bu gün üçrəngli bayrağımızın Vətənimizin hər guşəsində, o cümlədən azad edilmiş torpaqlarımızda – Şuşada, Xankəndidə, Laçında, Zəngilanda və digər bölgələrdə qürurla dalğalanması dövlətimizin gücünün, xalqımızın birliyinin və qəhrəman oğullarımızın fədakarlığının təntənəsidir.
    “Əgər bu gün biz bayrağımızı azad və müstəqil ölkəmizin səmasında dalğalandırırıqsa, bu, Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Müzəffər Ordumuzun şücaətinin və minlərlə şəhidimizin qanı bahasına qazanılmış böyük Zəfərin nəticəsidir,” – deyə direktor öz çıxışında bildirib.

    Daha sonra institutun əməkdaşlarından Səbuhi Eldarov, Tünzalə Bağırova, Fərmayıl Qəhrəmanov, Rumiyyə Məmmədrzayeva və Aytəkin Hüseynova çıxış edərək bayrağımızın tarixi əhəmiyyətindən, onun xalqımız üçün birliy və müstəqillik rəmzi olmasından danışıblar.
    Tədbir iştirakçıları vurğulayıblar ki, Azərbaycan bayrağı hər bir vətəndaş üçün qürur və vətənpərvərlik mənbəyidir.

    Bəradər Səməndərli
    /atributinfo.az/






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ