
Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə və Azay Quliyev bu təşkilatın 24-cü payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-da Andorra Knyazlığının Andorra la Vella şəhərinə səfər edəcəklər.
Sessiya çərçivəsində deputatlarımız enerji suverenliyinin gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və hibrid təhdidlərdən müdafiə mövzularında müzakirələrdə iştirak edəcəklər.
Səfər oktyabrın 10-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
