Sizin reklam burada
Sizin reklam burada
  • Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

    Milli kimliyin və dəyərlərin qorunması təhsilin keyfiyyətinin artırılması ilə yanaşı, əsas məsələlərdən biridir.

    Bu fikri elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, həm şagird nailiyyətlərinin, həm də ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində səylər davam etdiriləcək. Bununla yanaşı, milli kimliyin və dəyərlərin necə qorunması xüsusi əhəmiyyət daşıyır.

    “Burada milli dəyərləri, bacarıq və səriştələri nə üçün əldə etdiyimizi anlamaq çox vacibdir. Azərbaycan xalqının milli kimliyini qoruyan müstəqil xalq kimi qalmasında, məncə, hər bir təhsil işçisinin öz payı var. Hər bir təhsil işçisi bu öhdəliyi anlamalı və onun icrası üçün əlindən gələni etməlidir”, - deyə Emin Əmrullayev qeyd edib.

    Nazir 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ