Sizin reklam burada
Sizin reklam burada
  • "Şəhidlərin işıqlı xatirəsi hər zaman qədirbilən xalqımızın qəlbində yaşayacaq"- Məşhur Məmmədov

    "Anım günündən bu günədək olan müddətdə çalışdıq ki, 74 saylı Masallı Seçki Dairəsinə daxil olan ərazilərdə I və II Qarabağ müharibələrində Vətən uğrunda canından keçmiş şəhidlərimizin hər birinin məzarını ziyarət edək, ailələri ilə fərdi görüşək."

    Bunun"atribuinfo .az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, əlavə edib ki, sentyabrın 27-dən bu günədək müxtəlif kəndlərdə və inzibati ərazi dairələrində 118 qəhrəman şəhidimizin məzarlarını bir-bir ziyarət etdik, ailələri ilə fərdi söhbətlər apararaq qayğıları ilə maraqlandıq.
    Son 5 il ərzində keçirdiyimiz qəbul və görüşlərdə də hər zaman şəhid ailələrini, qazilərimizi və döyüşçülərimizi fərdi qaydada dinləyərək onların istəklərini bəzən yerindəcə həll etmiş, bizdən asılı olmayan məsələləri isə müvafiq qurumlara yönləndirərək nəticə əldə olunmasına çalışmışıq.
    Sevindirici haldır ki, bu görüşlər zamanı artıq narazılıq səsləri eşidilmir. Şəhid ailələri nisgilli, kədərli olsalar da, hər biri qürurla, başıuca danışır. Onların üzlərində və söhbətlərində həm dövlətin göstərdiyi diqqət və qayğının, həm də acəmiyyətin dərin hörmətinin yaratdığı məmnunluğu görmək mümkündür.
    Şəhid ailələrinə, qazilərə göstərilən qayğı və dəstək qəhrəman ailələrin həyatında mənəvi güvənlik yaradır, onlara böyük təsəlli verir.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Qazilərimizə və döyüşçülərimizə cansağlığı arzulayıram.
    Şəhidlər ölməz, Vətən bölünməz!
    Şəhidləri dərin ehtiramla anırıq! Onların işıqlı xatirəsi hər zaman qədirbilən xalqımızın qəlbində yaşayacaq.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ