Sizin reklam burada
Sizin reklam burada
  • Pəncəlini uşaqlıqdan tanısam da, onunla dostluğum şəhidliyindən bir-neçə il öncə başlamışdı

    Bu gün Prezident Aprel şəhidlərimizdən olan iki əzizimizi-Pəncəli Teymurovu "Milli Qəhrəman" adı ilə, Nurlan Əsgərlini isə "Vətən uğrunda" medalı ilə təltif edib. Aradan 9 il keçəndən sonra şəhidlərimizin halal haqları olan ali adlara layiq görülmələri çox qürurvericidir. Pəncəlini uşaqlıqdan tanısamda, onunla dostluğum şəhidliyindən bir-neçə il öncə başlamışdı. Onun ailəsinə məxsus mənzilinə Laçın rayonunun Əhmədli kəndindən məcburi köçkün düşən Umbay Səfərov adlı bir şəxsin zəbt edilməsi ilə əlaqədar məhkəmədə hüquqlarını müdafiə etmək üçün mənə müraciət etdi və bir-neçə il davam edən məhkəmə proseslərin sayəsində Pəncəlini yaxından tanımaq şansım oldu. Pəncəli o qədər utancaq, təvazökar, vətənə təmənnasız xidmət edən, hərbi sirrini qoruyan insan idi, mən şəxsən ilk aylarda onun telefonuna zənglərin çatmamasının səbəbini bilmədiyimə görə, onu məsuliyyətsizlikdə ittiham edib, danlayardım. O isə xidmətdə olduğum üçün telefonu söndürürəm deyirdi, mən də təkcə sən hərbçi deyilsən, adi əsgərlər belə telefon işlədə bilirlər düşünərək, düzü onu fərasətsiz sayırdım. Ta o günə qədər ki, növbəti dəfə evini zəbt edənlərlə görüşümüzdə Pəncəli onlara öz telefonunda kəndlərində çəkdiyi videolarını göstərdi və onda anladım ki, Pəncəli Laçından gəlir. Etiraf edim ki, heç vaxt ağlıma o vaxta kimi belə bir şey gəlməmişdi və təəccübdən donub qalmışdım. Sonra ona, onu bu qədər danladığıma görə, bunu mənə vaxtında niyə demədiyini soruşdum, dedi hərbi sirr olduğu üçün deyə bilməzdim, sadəcə orada olanda bu videonu çəkdim və evimi zəbt edən bu insanlara kiçik bir hədiyyəm olsun deyə... Halbuki, onun yerində kim olsaydı, bu ağlasığmaz qəhrəmanlıqlardan məhkəmələrdə saatlarla ağızdolusu danışardı. Pəncəli vətənə təmənnasız xidməti seçmişdi və bu ancaq Qəhrəmanlara xas olan xüsusiyyətdir... Eyni sözləri Nurlan haqqında deyə bilərəm, o da Pəncəli və qardaşı Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli kimi utancaq, təvazökar, vətənə təmannasız xidməti seçən Qəhrəmanımızdır. Ruhlarınız şad olsun, İgidlər!!!



    Etibar Savalan
    hüquqşünas - jurnalist

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ