07 oktyabr 2026-cı il tarixində Siyəzənneft NQÇİ-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
"Atributinfo.az" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzənneft NQÇİ-nin rəis əvəzi Ceyhun Babayev və idarənin əməkdaşları iştirak ediblər.
Çıxışlarda ideoloji işin gücləndirilməsi, milli-mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin qorunması, gənclərin və cəmiyyətin milli ideologiya ətrafında daha sıx birləşdirilməsi, həmçinin ölkəmizin hərbi və iqtisadi gücünün artırılması, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb.
Vurğulanıb ki, ideoloji iş yalnız təbliğat deyil, dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və Azərbaycançılıq məfkurəsinin cəmiyyətdə daha da möhkəmləndirilməsinə xidmət edən mühüm istiqamətdir.
Bəradər Səməndərli
"Atributinfo.az"
