Azərbaycan Respublikası müsdəqil olduqdan sonra ölkədə müxtəlif islahatlar keçirilməyə başlandı. Bu islahatlardanda biri vətəndaşların öz həyat güzaranını yaxşılaşdırmağ üçün onlara çalişdığı idarə müəsisələri və sovxoz torpaq sahəsində mənzil tikmək üçün, torpaqlar ayrılmağa başlandı.
2000-ci ildən əvvəl verilmiş torpaqlar bir başa rayon icra komitəsi tərəfindən sərancam yolu ile çıxarış verilirdi . İndiki kimi əmlak komitəsi,müxtəlif instansiyalardan keçmək lazım deyildi. Sonralar bu məsələ getdikcə mürəkkəbləşməyə başladı. Çunki, yeni-yeni qrumlar yarandı. Vaxt ilə, Bakının kəndləri onun torpaq sahələri Abseron rayon inzibati ərazisində yerləşirdi. Bu ərazilərdə əkinçiliklə yanaşı maldarlıq sahəsidə inkişaf etmişdir.
Vaxtilə Ramanı südçüluk sovxozunda çalışan işcilərə ev tikmək üçün torpaq sahəsi ayırırdılar. Bunun üçün Abseron rayon icra komitəsinin qərarı və çıxarışı verilirdi. Bu vətandaşlardan biridə mənim atam Qafar olmuşdur . Ona 0,4 sot mənzil tikmək üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində mənzil yaşayış binası inşa etmişdir.
Hazırda həmin torpaqı və yaşayış binasını özəlləşdirmək istəyirəm. Ona görədə Asan xidmətdə yerləşən əmlak komitəsinə müraciət etdim. Orada mənə bildirdilərki, hansı rayonum ərazisində yerləşirsə icra hakimiyyətinnən torpaqın cizgisini gətirməlisən. Mən də sabuncu rayon icra hakimiyyətinin memarlıq şöbəsinə müraciət etdim. Orda mənə bildirdilərki onu Abseron rayon icra hakimiyyəti verməlidir. Abserondada bildirdilərki o torpaq artiq bizim səlahiyyətimizdə deyil. İndi qalmışam 2 (iki) rayonun arasinda, və məcburamki bu məsələni məhkəmə yolu ilə həll edim.
Rüstəm Zeynalov
