VI çağırış Milli Məclisin deputatı,
Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri
Kəlbəcərin işğalından bir il əvvəl 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə baş verən Ağdaban faciəsi Xocalı soyqırımından sonra erməni silahlı birləşməlri tərəfindən törədilən ən dəhşətli faciələrdən biridir. Bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayətdir.
Həmin gece kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 33 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.
Ermənilər təkcə Ağdabanda insanlara divan tutmayıblar, onlar tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyərətgah və məzarlıqlar təhqir olunub məhv edilib. Eyni zamanda Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.
Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun rəşadətli ordusu sayəsində torpaqlarımız işğaldan azad olunaraq, Soyqırım qurbanlarının qisası mənfur düşmənlərdən alındı. Bu gün işğaldan azad olan rayonlarımız və kəndlərimiz arasında Dədə Şəmşirin doğulub, yazıb-yaradığı Ağdaban kəndidə var. Artıq hər bir azərbaycanlı kimi Ağdaban kənd sakinləri də şaddılar. Şəhid olan əzizlərmizin, Dədə Şəmşirin qəbri ziyarət olunur. Biz hər birmiz Dövlətimizin başçısı, Müzəffər Sərkərdə cənab İlham Əliyevə və onun şücaətli ordusuna minnətdarıq ki, bu sevinci, xoşbəxtliyi bizlərə bəxş edib. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Qazilərmizə can sağlığı versin. Onların sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa olunub.
İnşallah tezliklə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən siyaseti nəticəsində tezliklə Ağdabanda da tikinti- quruculuq işləri aparılacaq, Ağdaban sakinləri ata - baba torpaqlarına qayıdaraq orda yaşamağa başlayacaqlar.
