Tülkülər o qədər artıb, çoxalıb,
Bir toyuq, cücə də saxlamaq olmur.
Milli Cəbhə partiyasının başqanı, Milli Məclisin deputatı Razi Nurullayev öz aktivliyi ilə, mütəmadi çıxışlarını, İmişli rayonunda nəinki öz dairəsini, hətta digər dairəyə aid olan vətəndaşlarla tez-tez görüşlərini, daim xalqın içində olmasını, yas yerlərində sadə camaat arasında görünməsini hər bir Azərbaycan vətəndaşı yaxşı bilir. Milli Cəbhə Partiyasını ofisində müraciət edən hər bir şəxsə hüquqi yardım göstərilməsi də məhz Razi Nurullayevin tapşırığı və göstərişi ilə bu gün dəfəaliyyətini davam etdirir. Bundan əlavə deputatın iki köməkçisi (bir İmişli rayonunda, biri Bakı şəhərində) daim vətəndaşları qəbul edir, problemlərini dinləyir və lazımi köməkliklər göstərilir. Əgər müraciət edən vətəndaşın probleminin həlli deputatın səlahiyyəti çərçivəsində deyilsə, aidiyyatı təşkilatlara müracət olunur. Demək olar ki, müraciət edən vətəndaşları problemlərinin böyük əksəriyyəti öz həllini tapır. Bu dediklərim cadəcə söz deyil, bütün müracit edənlər qeydiyyata alınır. Məhz ona görə də bir neçə il əvvəl Razi bəy və onun ətrafı vurğulayıb ki, partiyamızın ofisinin qapıları hamı üçün daim aşıqdıq. Razi bəy o insanlardandır ki, daim başı ucadır, qəlbi pakdır.
Butun bunları görməyən, görməməzlikdən gələn artıq nankorluqdur. Bu kimi nankor insanlar, deputatn hər hansı bir çıxışında işlətdiyi cümlələrdən özünə, yaxud sifarişçisinə uyşun şəkildə quraşdırıb cəmiyyətə göstərmək, sosial şəbəkələrdə paylaşmaq insan əməli yox, şeytan əməlidir, yaxud çimərlikdə başqalarının ayağına batsın deyə şüşə butılkalarını sındırıb atmaq kimi mundar əməldir.
Elə insanlar var ki, dünyaya, torpağında addımladığı Vətənini gözəl, güllü-çiçəkli, işıqlı-nurlu görür. Çünki onun özü də, qəlbi də pakdır. Təəssüf ki, elələri də var ki, güllü çəməndə zibil axtarır, "qulp" qoymağa bəhanə axtarır. Çünki onun özünün də qəlbi xəbisdir, paxıldır. Dahi şairimiz Nizami Gəncəvinin "Xeyir və Şər" əsərindəki Şər obrazıdır, Xeyirin gözünü çıxarmaq üçün bəhanə axtarır, əqrəb xislətini gizlədə bilmir, ruhu azad deyil, ruhən kiminsə köləsidir.
Tənqid də gözəldir. Tənqid edən qarşısındakı insanı kimliyini, onun tutduğu vəzifəsini və vəzifə səlahiyyətlərini bilməlidir. Əminliklə deyə bilərəm ki, bu gün Razi bəyin çıxışından cəmiyyəti çaşdıran və özünə sərfəli saydığı həmin paylaşım sabah qayıdıb bumeranq kimi özunə dəyəcək. Burada onun kumi nankorlara bir atalar sözünü xatırlatmaq yerinə düşər: at çəmənlikdə bağlandığı mıxı çixardanda bir dəfə yerə vurursa, iki dəfə də öz ...ünə vurur.
Onun kimi naxələflə bilsin ki, özü üçün "yuxarı", "day-dayı" saydığı kimsələr sabah onu yarı yolda qoyacaq.
Cəmiyyətdə düşmənçilik də ola bilər. Amma gərək düşmən də mərd olsun, apardığı mübarizə də mərdi-mərdanə olmalıdır.
Sonda ona və onun kimilərinə demək istəyirəm ki, çalış ki, qızmar günəş istisindən daldalanmağa özünün etibarlı kölgən olsun. İt kimi kiminsə arabasının kölgəsində yatma. Sabah sənin "day-dayı"n arabasını sürüb aparanda yenə də səhrada bitən kol kimi günəşin altında tənha qalacaqsan.
Arif Baxşəli oğlu Qafarov
