Razi Nurullayevə qarşı məqsədli şəkildə aparılan qarayaxmalar mənəvi korluq əlamətidi
Sosial
Bugün, 11:49
14
Böhtan atmaq, başqa bir şəxs haqqında qəsdən yalan və əsassız məlumat yaymaq, onu əsassız şəkildə günahlandırmaq kimə və kimlərə sərf edir.Əgər Razi Nurullayev reallıqda demədiyi və etmədiyi bir hərəkətdə ittiham olunursa və ya adına yaraşmayan, mənfi xüsusiyyətlərin ona aid edilməsinin arxasında duranların məqsədi nədir.Razi Nurullayevin demədiyi sözü tirajlamaqla nəyə Nail olmaq istəyirlər. Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir.Razi bəyin ictimai- siyasi fəaliyyəti örnək və nümunədi. Bu gün məqsədli şəkildə Razi Nurullayevə qarşı aparılan qarayaxmalar mənəvi korluq əlamətidi.Bu qarayaxmalar ölkə televiziyalarına keçirsə bu çox utanc vericidir. Razı Nurullayevə demədiyi sözə görə böhtan atmaq, adətən xalq arasında artan nüfuzuna zərər vurmaq, onun sosial mövqeyini sarsıtmaq məqsədi daşıyır.Bununla heç nəyə nail olmaq olmaz. Razi Nurullayev o, deputatlardandır ki,ən çox qadın hüquqları ilə,onların pensiya yaşı həddi ilə sərt çıxışlar edərək,yaşa görə pensiya yaşının azaldılmasını tələb edir. Bunu görməməkdən gəlmək nankorluqdur.