Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan karate ictimaiyyəti üçün əlamətdar hadisə olub

    20-21 iyun tarixlərində Sərhədçi İdman Kompleksində keçirilən beynəlxalq seminar Azərbaycan karate ictimaiyyəti üçün əlamətdar hadisə olub.

    Belə ki, Azərbaycan Karate Federasiyasının Prezidenti Ülvi Quliyev başda olmaqla, Arpaçay İdman Birliyinin təşkilatçılığı və Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əliyevin təşəbbüsü ilə baş tutan seminarda Beynəlxalq İFK Kyokuşin Karate Federasiyasının prezidenti Şihan David Pickthall və Şihan Wai-Bien Cheung iştirak ediblər.

    "Atributinfo.az" xəbər verir ki, seminar çərçivəsində 300-ə yaxın idmançı və məşqçi ustad dərslərində iştirak edib, imtahanlardan uğurla keçən karateçilərə müvafiq dan dərəcələri təqdim olunub.

    Seminarlar bağlı saytımıza açıqlama verən AKF Prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyevin:

    "Ölkəmizdə idmanın bütün sahələrinə göstərilən dövlət dəstəyi nəticəsində Azərbaycan gəncləri beynəlxalq yarışlarda uğurla çıxış edir, dövlət bayrağımızı yüksəklərə qaldırırlar. Bu istiqamətdə görülən işlərin davamlı olması gələcək nəsillərin sağlam və güclü yetişməsində mühüm rol oynayır. Bu cür beynəlxalq tədbirlər ölkəmizdə kyokuşin karatenin inkişafına, gənclərin idmana marağının artırılmasına və Azərbaycan idmançılarının dünya standartlarına uyğun hazırlığına mühüm töhfə verir. Gənclərin sağlam, vətənpərvər və intizamlı ruhda yetişməsi üçün idmanın inkişafına göstərilən dəstək xüsusi əhəmiyyət daşıyır,"- deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"










    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ