Sizin reklam burada
Sizin reklam burada
  • HİDAYƏT ORUCOV VƏ İRƏVAN TEATRI: ÖMRÜN MƏNƏVİ MİSSİYASI

    Həyatda insanlar olur ki, onların ömür yolunu bir neçə vəzifə adı ilə ifadə etmək mümkün olmur. Çünki həmin insanlar tutduqları vəzifələrdən daha böyük missiyanın daşıyıcısına çevrilirlər. Hidayət Orucov da məhz belə şəxsiyyətlərdən idi.
    Azərbaycan ictimai fikrində, ədəbi-mədəni mühitində və dövlətçilik tarixində özünəməxsus yeri olan Hidayət müəllimin fəaliyyətindən danışarkən ilk növbədə onun İrəvan Teatrına bağlılığını xatırlamaq lazımdır. Çünki onun həyatının ən mənalı və məhsuldar dövrlərindən biri məhz İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilə əlaqədar olmuşdur.
    Ötən əsrin 60-cı illərinin sonlarında İrəvanda fəaliyyət göstərən yeganə Azərbaycan dövlət teatrına rəhbərlik etmək sadəcə inzibati vəzifə deyildi. Azərbaycanı sevməyən, ona qarşı çirkin niyyətlətlər həyata kçirməyə hər an hazır olan bir “qara” məkanda milli kimliyimizi, dilimizi, ədəbiyyatımızı və mədəni yaddaşımızı qorumaq məsuliyyəti idi. Hidayət Orucov bu məsuliyyəti dərindən dərk edir, teatrı təkcə sənət məkanı deyil, Azərbaycan varlığının mühüm dayaqlarından biri hesab edirdi.
    Onun rəhbərliyi illərində teatr yaradıcılıq baxımından yeni mərhələyə qədəm qoydu. Səhnəyə çıxarılan tamaşalar, formalaşan aktyor nəsli, repertuar siyasəti və kollektivin peşəkarlıq səviyyəsi İrəvan Teatrının nüfuzunu daha da artırdı. Həmin dövrə nəzər saldıqda aydın görünür ki, Hidayət Orucov teatrın yaşaması və inkişafı üçün yalnız rəhbər kimi deyil, həm də onun mənəvi dayağı, təssübkşi kimi çalışıb.
    Əslində, Hidayət müəllimin İrəvan Teatrına xidməti yalnız rəhbərlik etdiyi illərlə məhdudlaşmırdı. Sonrakı dövrlərdə də o, teatrın tarixinin, ənənələrinin və Qərbi Azərbaycandakı mədəni irsimizin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərdi. Onun çıxışlarında, məqalələrində və bədii əsərlərində İrəvan mövzusu daim xüsusi yer tuturdu. Buna misal olaraq “İrəvanda yanan çıraq”, “Burdan min atlı keçdi” və s. kimi tamaşaları səhnələşdirilərək paytaxtda və rayonlarda qastrol səfərlərində ictimayyətə təqdim edilmişdir. Bu isə təsadüfi deyildi. Çünki İrəvan Teatrı onun həyatında sadəcə bir sənət ocağı deyil, mənəvi yaddaşın ayrılmaz hissəsi idi.
    Bu gün İrəvan Teatrının keçdiyi tarixi yola nəzər salarkən Hidayət Orucovun xidmətləri xüsusi ehtiramla xatırlanır. O, mürəkkəb tarixi şəraitdə Azərbaycan teatr sənətinin yaşadılmasına, milli-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfələr vermiş şəxsiyyətlərdən biri kimi yaddaşlarda yaşayır.
    Bir fakta sevinirik ki, ömrünün bütün məhsuldar çağlarını Azərbaycan adlı Vətəninin xidmətinə həsr edən Hidayət Orucov həyatının son illərində olsa belə toraqlarımızın azad olduğunu gördü. Erməni məkirli siyasətinin iflasa uğradığını öz gözləri ilə gördü. Bir dilomat olaraq xaricdə - beynəlxalq aləmə isbat etməyə çalışdığı erməni cinayətlərinin beynəlxalq aləm tərəfindən təsdiqini tadığını gördü. Ən nəhayət Azərbaycanımızın göz bəbəyi olan Şuşada, Kəlşəcərdə, Xankəndidə üç rəngli bayrağımızın dalğalandığının şahidi oldu. Zəngəzurda, Dərələyəzdə və digər qədim, ulu Vətən toraqlarına qovuşmağın bir addımlığında olduğumuzun və lap qısa zamanda bu məkanların əsl sahibləri kimi ora qayıdacağımıza əmin oldu.
    Hidayət Orucovun vəfatı Azərbaycan ictimaiyyəti, ədəbi mühiti və teatr cameəsi üçün ağır itkidir. Lakin onun zəngin irsi, yazdıqları, yaratdıqları və yetişdirdiyi insanlar yaşayır. İrəvan Teatrının tarixində isə onun adı xüsusi ehtiramla çəkiləcək və hər zaman minnətdarlıqla xatırlanacaq.
    Yaşar Zeynalov
    C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi onların ömür yolunu bir neçə vəzifə adı ilə ifadə etmək mümkün olmur. Çünki həmin insanlar tutduqları vəzifələrdən daha böyük missiyanın daşıyıcısına çevrilirlər. Hidayət Orucov da məhz belə şəxsiyyətlərdən idi.

    C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının mətbuat katibi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ