Qiyam ƏrşadoğluMəlum olduğu kimi, yuxarı sinif şagirdləri son illərdə məktəb dərslərindən kütləvi şəkildə yayınaraq repetitor yanına, əlavə hazırlıqlara üz tuturlar. Acınacaqlı hal odur ki, şagirdlər məktəbdə dərs saatında olmalı olduqları vaxtda kənarda hazırlıqlarda iştirak edirlər. Bu, faktiki olaraq tədrisdən yayınma deməkdir. Lakin bu boşluğa baxmayaraq, həmin dərsləri tədris etməli olan müəllimlərə dövlət büdcəsindən əməkhaqqı ödənilməyə davam edir.
Ümumiyyətlə, bu mənfi tendensiya demək olar ki, bütün məktəblərdə müşahidə olunan sistemli bir haldır. Bu faktı yoxlamaq üçün istənilən məktəbin yuxarı sinif şagirdlərinin davamiyyətini nəzərdən keçirmək kifayətdir; mənzərə birdir – şagirdlər dərsə gəlmir. Məsələ ilə bağlı dəfələrlə ictimai müzakirələr açılsa da, hələ ki, effektiv bir tədbir görülməyib. Belə olan təqdirdə, şagirdlərin iştirak etmədiyi 11-ci siniflərin saxlanılmasına külli miqdarda maliyyə vəsaitinin ayrılması resursların səmərəsiz istifadəsi kimi görünür.
Gözlənilir ki, gələcəkdə bu növ halların qarşısının alınması və təhsilin keyfiyyətinin bərpası üçün Elm və Təhsil Nazirliyi tərəfindən daha radikal və effektiv addımlar atılacaqdır.
