Tədbir zamanı ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam 30 illiyini qeyd edəcəyimiz Konstitusiyamıza və ölkəmizin suverenliyinə verilən dəyərin təcəssümüdür və müasir Azərbaycan tarixində mühüm hadisə hesab edilən bu addım Konstitusiyamızın müəllifi Ümummilli Lider Heydər Əliyevin xatirəsinə və milli dövlətçiliyimizin möhkəm təməl üzərində qurulmasına dərin ehtiramın ifadəsidir. Vüqar İsayev qeyd edib ki, tarixi inkişaf proseslərinin mürəkkəbliyi və ziddiyyətləri fonunda qlobal siyasi və iqtisadi meyilləri dəqiq qiymətləndirməyi bacaran, onları xalqının və dövlətinin mənafeyi naminə mahir şəkildə yönləndirən şəxsiyyət ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində silinməz iz buraxmışdır.
Məhz Ulu Öndərin sayəsində müstəqilliyimizin dönməzliyi və əbədiliyi təmin olunmuşdur. Bu gün sürətli inkişaf yolunda inamla addımlayan Azərbaycan regionun lider dövlətinə çevrilib. Dövlətimizin başçısı Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində möhtəşəm Zəfərlərə nail olan ölkəmiz qarşıdakı dövrlərdə də yeni-yeni böyük nailiyyətlər, qələbələr əldə edəcəkdir.
Tədbir iştirakçılarından Azaddin Ələsgərov, Anar Rzayev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışlar.
Tədbirdə Şəhriyar kənd Ərazi Partiya Təşkilatının sədr müavini Aidə Abdullayeva hesabat məruzəsi ilə çıxış edib.
Sonra təşkilatı məsələyə baxılaraq, Şahverdiyev Seminar Azər oğlu ərazi partiya təşkilatının sədri, Rzayev Anar Elman oğlu sədr müavini seçilmişlər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.
Bəradər Səməndərli
"Atributinfo.az"
