"Məsələ burasındadır ki, odun da bahadır və hər kəsin almaq imkanı və qazancı yoxdur. Biz uşaqlıqda yulğun və şaxsöyüdü dediyimiz kolları qırıb yandırardıq. İndi yulğun düşüb qırmızı kitaba...
Deputat açıqlamasında onu da diqqətə çatdırıb ki, iş yerləri çox kəsaddır. Hər kəs maaşlı iş istəyir. Kənd və rayon yerlərində də maaşlı işlər barmaqla sayılan qədərdir. Kənd təsərrüfatı ilə məşğul olanlar da var, amma hamı yox:
"Yenə də hər kəs daha çox torpağa, quşçuluq və bağlı heyvandarlığa meyllənməlidir. Hər kəs kiçik sahibkara çevrilmək üçün səy göstərməlidir. Bu yolda mümkün qapıları döyüb kömək göstərməyə hazıram. Sadəcə, əlinizdə biznes planınız və işləmək gücünüz olsun."- Razi Nurullayev deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
