Sizin reklam burada
Sizin reklam burada
  • Bütöv bir ailə yox olub

    Razi Nurullayev
    Milli məclisin deputatı,
    MCP sədri

    Üç gün əvvəl İmişlidə, Bəhrəmtəpə qəsəbəsində bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölmüş, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
    Bu gün onların üç mərasimində iştirak edib ailənin xanımının atası İdris kişiyə və yaxınlarına başsağlığı verdik.

    Hadisə nəticəsində ailənin xanımı 26 yaşlı Azadova Mehriban İdris qızı, onun övladları 4 yaşlarında olan Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb.

    Ailə başçısı Vasif Azadov isə xəstəxanada müalicə alır.
    Qeyd edim ki, ailə başçısı müharibə veteranıdır və birinci qrup əlildir. Faciə baş verən ev də dövlət tərəfindən tikilib və kombi sistemi də qurulub. Kombi daha çox pul yazır deyə, qənaət etmək adına standartlara uyğun olmayan qaz sobasından istifadə ediblər. Nəticə isə ağır bir faciə. Bütöv bir ailə yox olub.

    Allah rəhmət eləsin!



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ