Sizin reklam burada
Sizin reklam burada
  • Ülvi Quliyevdən növbəti vətəndaş qəbulu

    Bu gün 15 saylı Yasamal birinci seçki dairəsindən VII çağırış Milli Məclisin deputatı seçılən, Gənclər, İdman və Səhiyyə komitəsinin üzvü Ülvi Quliyev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib.
    "Atributinfo.az" xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, işsizlik və idmanla bağlı müraciətlər səsləndirilib. Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər isə qeydiyyata alınaraq öz həllini tapması üçün aidiyyəti qurumlara müraciətlərin ediləcəyi vətəndaşların nəzərinə çatdırılıb.

    Bəradər Səməndərli
    "Atributinfo.az"





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ