Sizin reklam burada
Sizin reklam burada
  • Axşam yola çıxmayın - Polisdən XƏBƏRDARLIQ

    Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib.
    İdarədən verilən məlumata görə, Ötən gündən başlayaraq yağan qar paytaxtın küçə və prospektlərində, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında yenidən bir sıra çətinliklər yaradıb. Hazırda intensiv yağan qarın axşama doğru donması proqnozlaşdırılır ki, bu da yollarda avtomobillərin sürüşmə ehtimalını dəfələrlə artırır.
    Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan təhlükələri nəzərə alaraq, bir daha sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ