Sizin reklam burada
Sizin reklam burada
  • Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib

    Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.
    Bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi "X" platformasında paylaşım edib.
    "Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik", - paylaşımda deyilir.
    Paylaşımda həmçinin, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rza Cavadxanini Prezident sarayında qəbul etdiyi xatırlanıb.
    "O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafa şahid olduğunu qeyd edib", - deyə səfirlikdən bildiriblər.
    Azərbaycan Respublikasının ABŞ-dəki səfiri və səfirliyinin adından Rza Cavadxaninin ailəsinə başsağlığı verilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ