Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası
çərçivəsində yanvarın 24-də Gəncə şəhər Gülüstan qəsəbəsində yaşayan Kəlbəcərli seçicilərlə görüş keçirilib.
Görüşdə Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Təbliğat-təşviqat
qrupun üzvü Əli Bağırov, Namiq Rəcəbov, Kəlbəcərli ziyalılar, aşıq sənəd nümayəndələri, şəhid ailələri, qazilər
və və rayon sakinləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra cənab prezident İlham Əliyevin 20 illik
fəaliyyətindən bəhs edən videoçarxa baxış keçirilib.
Görüşdə seçicilər qarşısında çıxış edən natiqlər 20 il ərzində prezident İlham Əliyevin daxili və xarici siyasətinin
bütün aspektləri, əldə olunan uğurlar, konkret faktlarla diqqətə çatdırılmış, cənab İlham Əliyevin fəailiyyətinə
yüksək qiymət verilmiş və qarşıdan gələn prezident seçkilərində seçiciləri cənab İlham Əliyevə səs verməyə
çağırmışlar.
Görüşdə iştirak edən seçicilər bildiriblər ki, hər bir Kəlbəcərli sakinlər ölkəmizdəki siyasi-iqtisadi sabitliyi
dəstəkləyir və bu dəstəyi fevralın 7-də YAP-ın namizədi cənab İlham Əliyevə yüksək əhval-ruhiyyə ilə səs
verməklə növbəti dəfə nümayiş etdirəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
