Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl rayonunda yerləşən park və xiyabanlarda abadlıq işləri davam etdirilir

    Göygöl rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Göygöl şəhər İcra nümayəndəliyi və Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin əməkdaşları tərəfindən şəhər ərazisində əhalinin asudə vaxtını səmərəli təşkil etdiyi məkanlara qulluq göstərilir.
    "Atributinfo.az" xəbər verir ki, parkların yaşıl örtüyü yenilənir, təmizlik işləri görülür, yeni güllər əkilir, dekorativ ağaclara aqrotexniki qulluq edilir. Parklarda yararsız hala düşmüş hissələr üzlənir, skamyalar rənglənir, işıqlandırma sistemi bərpa olunur. Həmçinin səkilər mütəmadi olaraq yuyulur, binaların fasadları təmizlənir. Bu da öz növbəsində Azərbaycan mirvarisi Göygölün günü-gündən çiçəklənməsinə xidmət edir.

    Bəradər
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ