"Atributinfo.az" xəbər verir ki, tədbirdə çıxış edən rayon rəhbəri bildirdi ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsasında yerli icra hakimiyyətlərinin “2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair iş planı” hazırlanmalı, rayonun aqrar sahədə mövcud vəziyyət geniş təhlil olunmalı və araşdırmalar nəticəsində idxal olunan kənd təsərrüfatı məhsullarının istehsalının təşkili ilə bağlı real tədbirlər işlənilməli, işgüzar müzakirələrdə sahibkarların iştirakı təmin edilməli, səsləndirilən təkliflər və qaldırılan problemlər təhlil edilməlidir. Rayon rəhbəri qeyd etdi ki, torpaq resurslarının qorunması və ondan səmərəli istifadə olunması məqsədilə əkinə yararlı bütün torpaq sahələrinin dəqiqləşdirilməsi, istifadə olunmayan kənd təsərrüfatına yararlı torpaq sahələrində, o cümlədən iri fermer təsərrüfatlarında və aqroparklarda müasir texnologiyaların və elmi yanaşmaların tətbiqi ilə məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və dayanıqlı kənd təsərrüfatının inkişafına yönəlmiş tədbirlərin görülməsi, su resurslarından səmərəli istifadə mexanizmlərinin o cümlədən müasir suvarma və pivot sistemlərinin tətbiqi əsas hədəflərdən biri kimi müəyyən olunur.
Çıxışında Elmir Bağırov bildirdi ki, buğda, pambıq, intensiv bağçılıq və digər bitkiçilik sahələri üzrə tətbiq olunan dövlət güzəştləri barədə sahibkarlar arasında maarifləndirilmə işi aparılmalıdır.
Müzakirələr zamanı iştirakçıların təklif və rəyləri dinlənilmiş, aidiyyəti qurumlar arasında əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi, statistik məlumatların dəqiqləşdirilməsi, bu sahədə mövcud problemlərin müəyyənləşdirilməsi, eləcə də onların aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı, qarşıda duran vəzifələr və fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumlar arasında əlaqələndirmənin daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanmışdır.
İclasın sonunda Elmir Bağırov tərəfindən Qərargahın fəaliyyətinin səmərəli təşkili, İş Planının vaxtında və hərtərəfli hazırlanması, aidiyyəti məlumatların operativ şəkildə toplanması və ümumiləşdirilməsi, habelə əlaqələndirmə işlərinin çevik və effektiv həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Bəradər
"Atributinfo.az"
