Sizin reklam burada
Sizin reklam burada
  • Astarada YAP ərazi partiya təşkilatı sədrinin yubileyi münasibəti ilə görüş keçirilib

    Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının sədri Həbib Cəfərov Astara şəhəri, H. Əliyev prospekti, 119 ünvanı üzrə (Dövlət Aqrar İnkişaf Mərkəzi) ərazi partiya təşkilatının sədri Abbasov Etibar İltifat oğlunu yubiley 60 yaşının tamam olması münasibətilə qəbul edib. 

    "Atributinfo.az" xəbər verir ki, sözügedən Rayon təşkilatının sədri və əməkdaşlar yubilyarı təbrik edib və xoş arzularını bildiriblər. Yubilyara rayon təşkilatının Təbriknaməsi və hədiyyə təqdim olunub. 

    E. Abbasov çıxış edərək bildirdi ki; “Bundan sonra da ulu öndər Heydər Əliyev ideyalarına sadiq olacaq və daha məsuliyyətlə fəaliyyət göstərəcəyəm. Göstərilən diqqət və qayğıya görə Prezident, Partiyamızın sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident, YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevaya böyük qürur hissi ilə təşəkkür edirəm”.   

    YAP rayon təşkilatı olaraq yubilyarı bir daha təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.


    /atributinfo.az/




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ