Sizin reklam burada
Sizin reklam burada
  • İsa Həbibbəyli: Əziz Səncər Türk dünyasının və dünya elminin fəxri olan görkəmli alimdir

    Nobel mükafatı laureatı Əziz Səncər Türkiyə Cümhuriyyətinin yetişdirdiyi, Türk dünyasına və dünya elminə bəxş etdiyi görkəmli elm xadimidir. O, elmi fəaliyyəti, zəngin irsi və Türk dünyasına bağlılığı ilə xüsusi mövqeyə malik alimdir.

    Bu sözləri Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfrans çərçivəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib.

    Akademik vurğulayıb ki, Prezident İlham Əliyevin Əziz Səncərin fəaliyyətinə verdiyi yüksək qiymət və onun “Şöhrət” ordeni ilə təltif olunması Azərbaycan dövlətinin dünya elminə töhfə verən alimlərə münasibətinin mühüm göstəricisidir.

    Müsahibimiz qeyd edib ki, Əziz Səncər Azərbaycanı da Türkiyə kimi öz vətəni hesab edir və Azərbaycan elminin inkişafına xüsusi önəm verir. Alimin Azərbaycan alimləri ilə elmi əməkdaşlığının, Türk dünyası ilə elmi inteqrasiyaya verdiyi dəstəyin əhəmiyyətini vurğulayan AMEA prezidenti bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

    İsa Həbibbəyli deyib ki, Əziz Səncərin elmi fəaliyyəti, fundamental tədqiqatları və elmi irsi gənc nəsil üçün də örnəkdir. Onun dünya səviyyəsində qazandığı uğurlar Türk dünyası ölkələrindən olan gənc alimlərin elmə marağının artması baxımından böyük əhəmiyyət daşıyır. Əziz Səncərin elmi irsinin Azərbaycanda öyrənilməsi və təbliği, onun əsərlərinin Azərbaycan elmi ictimaiyyətinə daha geniş şəkildə təqdim olunması Azərbaycan-Türkiyə elmi əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

    “İnanırıq ki, bu gün keçirilən konfrans və çap olunan kitablar Əziz Səncərlə, onun irsi və əsərləri ilə əlaqələrimizin daha da inkişaf etdirilməsinə töhfə verəcək”, – deyə AMEA prezidenti bildirib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ