Sizin reklam burada
Sizin reklam burada
  • Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XIII konfransı keçirilib


    Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XIII konfransı keçirilib.

    Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirəsi dərin ehtiramla yad edilib.

    Konfransda Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    YAP Balakən rayon təşkilatının sədri Azad Balayev hesabat məruzəsi ilə çıxış edib. O, partiyanın keçdiyi şərəfli və uğurlu inkişaf yolundan danışıb, respublikamızda həyata keçirilən məqsədyönlü siyasətin müsbət nəticələrini diqqətə çatdırıb. YAP Balakən rayon təşkilatının ötən dövr ərazində gördüyü işlər barədə geniş məlumat verib.

    Konfransda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Bildirilib ki, Ümummilli Liderin müdrik siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunub, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilib.  Bütün bunlar milli dövlətçilik tariximizin şanlı səhifələri olmaqla qürurvericidir. Yeni Azərbaycan bu gün Zəfər zirvəsindədir. Hazırda ölkəmiz dünyada sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilib. Bütün bunlar qalib və qüdrətli Azərbaycanın reallığıdır.

    Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxışında qeyd edib ki, müasir dövrdə Azərbaycan həm regionda, həm də beynəlxalq aləmdə söz sahibi olan, dinamik inkişaf edən qüdrətli bir dövlət kimi nüfuzunu gündən-günə artırır. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayı partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması və ideoloji işin müasir standartlar səviyyəsində qurulması baxımından mühüm dönəm olmuşdur

    YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xaqani Tağıyev  çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında mühüm rolunu qeyd edib, qarşıda duran yeni vəzifələrdən, yerli təşkilatların fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasının vacibliyindən danışıb, YAP Balakən rayon təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirib.

    Partiya veteranı Meysarat Qaysayeva, Vətən müharibəsi qazisi Hacı Muradov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Elnarə Mustafayeva, Balakən DAİM-in direktoru Elvin Səmədov, Poştbinə kənd 1 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Naida Dibirova çıxış edərək dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin yeni mərhələdə uğurla davam etdirildiyini, gənclərin, ziyalıların və müxtəlif peşə sahiblərinin partiya sıralarında fəallığının daha da artdığını qeyd ediblər.

    Konfransda YAP Balakən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

    Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

    /atributinfo.az/



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ