Beyləqandakı "N" saylı hərbi hissədə maarifləndirici tədbir keçirilib
Sosial
31-03-2023, 22:14
281
"Atributinfo.az" xəbər verir ki, martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2023-cü il üçün birgə fəaliyyət planına əsasən, Beyləqan rayon “N” saylı hərbi hissədə “Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, hərbi intizamının möhkəmləndirilməsində, hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Cəfərsadiq Cəfərli, N” saylı hərbi hissə komandirinin ideoloji və mənəvi psixoloji təminat üzrə köməkçisi Tural Həsənalıyev, Qarallar kənd dini icmasının sədri, Vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, eləcə də hərbi qulluqçular iştirak ediblər.