Sizin reklam burada
Sizin reklam burada
  • Ata yurduna qayıdacağımız günü həsrətlə gözləyirik

    Ata yurduna qayıdacağımız günü  həsrətlə gözləyirikMöhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı erməni faşist işğalçılarından azad etdi. İndi işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır. Ərazilər minalardan və digər hərbi sursatlardan təmizlənir. Yerlə yeksan olunan kənd və şəhərlərimiz yeni həyata qaytarılır.
    Təyyar Əli oğlu Quliyev də həsrətlə doğma ata-baba yurduna-Zəngilana gedəcəyi günü gözləyir.
    O, deyir: “ Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı yağılardan azad etdi. Artıq 30 ilə yaxındır ki, biz bu günü gözləyirdik. Ulu öndər , dahi rəhbərimiz Heydər Əliyev bizimlə görüşəndə həmişə deyirdi ki, torpaqlarımızı erməni faşistlərindən təmizləyəcəyik. Möhtərəm Prezidentimiz İlham Əliyev onun bu arzusunu yerinə yetirdi. Azərbaycan xalqı həm ümummilli lider Heydər Əliyevlə, həm də indiki Prezident İlham Əliyevlə fəxr edir, qürur duyur. Mən o günü gözləyirəm ki, Zəngilana gedim. İşlədiyim çörək sexini açım. Öz doğma yurdumda çörək bişirim. Mən Zəngilanın Ağalı kəndindənəm. Əvvəlcə öz kəndimizdə çörək sexi açmışdım. Sonradan isə rayon mərkəzinə məni dəvət etdilər. 1986-cı ildən Zəngilandakı 1 saylı çörək zavodunun direktoru oldum. Zəngilan xəyanətin qurbanı olana kimi burada işlədim. Erməni faşistləri Zəngilanı işğal etdikdən sonra Araz çayını keçərək İran ərazisinə daxil olduq. O vaxtlar ölkə Prezidentinin səlahiyyətlərini həyata keçirən, Ali Sovetin Sədri işləyən ümummilli lider Heydər Əliyev İran Prezidenti Rəfsancani ilə danışaraq bizim Bakıya gəlməyimizə kömək etdi. Beləliklə , ümummilli lider bizə həm mənəvi, həm də maddi dəstək verdi. Qısa müddət ərzində qaçqınlar evlə təmin olundular. İndi mənim yeganə arzum Çinarlı Zəngilana gedib çörək bişirməkdir. Öz işimi qurmaqdır. Bu barədə mən cənab Prezidentə də yazmışam. İnanıram ki, mənim çörək sexini Zəngilanda açmağıma möhtərəm Prezidentimiz icazə verəcək. Çünki çörək bol olarsa basılmaz Vətən.

    Qəzənfər QASIMOV

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ