Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsində


    Mircəlil Qasımlı
    Milli Məclisin deputatı


    Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini və əməkdaşlığın geniş perspektivlərini bir daha nümayiş etdirdi.
    Dövlət başçısının bəyanatında vurğulandığı kimi, son illərdə Özbəkistan Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə sürətli inkişaf yolu keçib. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, sənaye, kənd təsərrüfatı, energetika və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm nəticələr əldə olunub.
    Azərbaycan və Özbəkistan arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi əməkdaşlıq da ardıcıl şəkildə genişlənir. Qarşılıqlı ticarət dövriyyəsinin artması, birgə investisiya layihələrinin həyata keçirilməsi və müxtəlif sahələr üzrə yeni təşəbbüslər iki ölkə arasında iqtisadi tərəfdaşlığın möhkəmləndiyini göstərir.
    Əməkdaşlıq sənaye, energetika, nəqliyyat, turizm, kənd təsərrüfatı, investisiya və digər istiqamətləri əhatə edir. Qarşılıqlı investisiyaların təşviqi, yeni istehsal müəssisələrinin yaradılması və regional layihələrin reallaşdırılması münasibətlərin iqtisadi əsaslarını daha da gücləndirir.
    Səfər çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi, bir sıra sənədlərin imzalanması və dövlət başçılarının qarşılıqlı təltif olunması münasibətlərin strateji xarakterini bir daha təsdiqlədi.
    Azərbaycan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir. Bu möhkəm təməl üzərində qurulan münasibətlər bu gün artıq genişmiqyaslı siyasi, iqtisadi və regional əməkdaşlıq səviyyəsinə yüksəlib.
    Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri göstərdi ki, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlər bundan sonra da yeni layihələr və konkret təşəbbüslərlə daha da inkişaf edəcək.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ