Sizin reklam burada
Sizin reklam burada
  • Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb


    Niderlandın Vezep şəhəri yaxınlığında içərisində alman məktəblilərin də olduğu tur avtobusu qəzaya uğrayıb.

    Təxminən 50-dək məktəblinin olduğu avtobus səhər saatlarında magistralda yük avtomobili ilə toqquşub. Zərbənin təsirindən yük avtomobilinin iki hissəyə ayrıldığı bildirilir. Toqquşmadan sonra yolun kənarındakı qoruyucu səddi aşan avtobus əks istiqamətdəki yola çıxaraq aşıb.

    Qəza nəticəsində azı 15 nəfər xəsarət alıb. Xəsarət alan məktəblilərdən bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə müxtəlif bölgələrdən çox sayda təcili tibbi yardım briqadası, eləcə də üç tibbi helikopter cəlb olunub.

    Hadisə ilə bağlı araşdırma aparılır. Qəza ilə əlaqədar avtomobil yolunun hər iki istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ